Qarabağda erməni hərbçisi özünü güllələdi

  • GÜNDƏM
  • 05.11.2019 14:05
  • 18 dəfə oxundu

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində daha bir erməni hərbçi ölüb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb. Mənbədə bildirilir ki, Erik Arutyunyan adlı əsgərin özünü güllələyərək intihar edib.

Ermənistan İstintaq Komitəsindən yayılan məlumata görə, 2000-ci il təvəllüdlü Erik Arutyunyanın meyitinin müayinəsi zamanı gicgahında odlu silahdan açılan atəş yarası aşkar edilib. Onun ölümünün təfərrüatları hələlik məlum deyil. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırmaq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər