Qarabağda erməni hərbçilər arasında silahlı insident

  • GÜNDƏM
  • 24.01.2020 16:01
  • 34 dəfə oxundu

Bu gün Dağlıq Qarabağda erməni hərbçilər arasında insident yaşanıb. “Yeni Sabah” aysor.am-a istinadən xəbər verir ki, səhər saatlarında qeydə alınan hadisə zamanı iki hərbçi güllələnib. 

Qondarma rejimin Müdafiə Nazirliyindən bildirilib ki, hadisə naməlum şəraitdə baş verib və güllə yarası alan hərbçilər 2001-ci il təvəllüdlü Qenri-Ayk Simonoviç Zakaryan və 2000-ci il təvəllüdlü Armen Conikoviç Mesropyandır. 

Yaralılardan Qenri-Ayk Simonoviç Zakaryanın vəziyyəti ağırdır. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər