"Qarabağda antiterror əməliyyatına başlamalıyıq"

  • SİYASƏT
  • 30.09.2019 14:28
  • 29 dəfə oxundu

“Parlamentdə daimi fəaliyyət göstərən Qarabağ komitəsi yaradılmalıdır”. Deputat Tahir Kərimli bunu Milli Məclisin iclasında söylədi. Ardınca bildirdi ki, işğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunmalıdır:

“1 dekabr 1989-cu ildə Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib, yəni təkcə Paşinyanın sərsəmləməsi məsələsi deyil. BMT işğalla bağlı öz vəzifələrini, BMT Nizam yerinə yetirmir. O halda BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam ixtiyarı var. Bizim tamamilə ixtiyarımız var ki, işğal zonasında antiterror əməliyyatları aparaq və torpaqlarımızı azad edək. Mən Fərəc Quliyevlə tam razıyam, BMT-yə məktub göndərməliyik və xatırlatmalıyıq ki, ərazilərimizi azad etmək haqqımız var. Biz ermənini düşmən elan etməmişik, erməni bizi düşmən seçib. Ona görə də düşmənin cavabını sərt şəkildə verməliyik”. 

T.Kərimli həmçinin Minsk Qrupunun fəaliyyətindən imtinaya çağırdı: “ATƏT-in Minsk Qrupunun buranı rəqs meydançasına çevirməsi mənə çox toxunur. Vaxtında Minsk Qrupunun yaradılması səhv idi və nəhayət, ona etimadsızlıq elan olunmalıdır”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər