"Qarabağ qazilərini sındırırlar..." -VİDEO

  • XƏBƏR
  • 30.09.2019 23:00
  • 60 dəfə oxundu

Qarabağ Qaziləri etiraz aksiyası keçirib. Qazilər və aksiyanı çəkən bloger Nurlan Libre hücuma məruz qalıb.  

Qazilərlə SOCAR mühafizəçiləri arasında qarşıdurma yaşanıb. Bloger Nurlan Libre canlı çəkiliş apararkən hücuma məruz qalıb. Çəkilişə əngəl yaradanların SOCAR-ın əməkdaşları olduğunu bildirib. 

  SOCAR: "Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar".

"Bir neçə gün öncə Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazidə ev tikmək istəyən şəxslə dövlət qurumlarının əməkdaşları arasında xoşagəlməz hal yaşanıb. Müəyyən qüvvələr də bundan şou düzəltməyə çalışdılar”. "Report.az” xəbər verib ki, bu sözləri Milli Məclisin deputatı Cavid Osmanov deyib. 

Deputat qeyd edib ki, SOCAR mühafizəçiləri və polis əməkdaşları məsələni dinc yolla həll etməyə çalışıblar: "Hiss olunur ki, hansısa qüvvələr Qarabağ əlillərinin adı ilə qarşıdurma yaratmağa cəhd edirlər. Onlar bununla sabitliyi pozmağa çalışırlar. Qarabağ veteranları daha çox diqqətə və qayğıya layiqdirlər. Dövlət bununla bağlı lazımi addımları atır. Qarabağ əlilləri hər zaman Prezident İlham Əliyevin diqqətindədir. Həmin şəxslər avtomobillə, mənzillə təmin edilir, müavinətləri artırılır və digər problemləri həll edilir. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan insanların ailələrinə 11 min manat dəyərində birdəfəlik ödəmə edilib. Döyüşlərdə sağlamlığını itirən insanlar da daim diqqət mərkəzindədir. Qarabağ əlilləri bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyirlər. Ümid edirəm ki, hər zaman belə olacaq”. 


Posts Carousel

Xəbər lenti

Video xəbərlər