Prezident İlham Əliyev Davos İqtisadi Forumunda çıxış edəcək

  • SİYASƏT
  • 22.01.2020 13:05
  • 38 dəfə oxundu

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də günorta saatlarında Davos İqtisadi Forumunda “Strateji proqnoz: Avrasiya” sessiyasında çıxış edəcək, Forumun saytı bildirir. 

İştirakçılar 2020-ci ildə bölgənin strategiyasını, əsasən iqtisadi imkanların yaradılması, geosiyasi gərginlik, texnologiyaların tətbiqi, sürətlə artan əhali üçün iş yerlərinin yaradılması və s. məəslələri müzakirə edəcəklər. 

İ.Əliyevlə yanaşı sessiyada VTB Bankın rəhbəri Andrey Kostin, Astana Beynəlxalq Maliyyə Mərkəzinin işlər müdiri Kayrat Kelimbetov, Monqolustan prezidenti Xaltmaaqin Batluqa, Oksford Universitetinin dekanı Nger Blavatnik və BMT Cenevrə ofisinin rəhbəri Tatyana Valovaya çıxış edəcəklər. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər