Polisdən gözlənilməz addım, növbəti təxribat cəhdi, ölənlərin ailələrindən sərt qərar-İRANDA NƏ BAŞ VERİR? – VİDEOLAR

  • GÜNDƏM
  • 13.01.2020 00:05
  • 929 dəfə oxundu

İranda dünəndən etibarən etiraz aksiyaları start götürüb. JAMAZ.İNFO xəbər verir ki, Uukraynaya məxsus sərnişin təyyarəsini roketlə vuran SEPAH Havadan Müdafiə Qüvvələri səhvlərini etiraf etdikdən sonra, ölənlərin yaxınları ilə yanaşı, əhali də etirazlara başlayıb. Artıq mitinqlər bütün ölkə ərazisinə yayılmağa başlayıb.  

Etirazçılar Tehranda parlamentin binasının önündən çəkilmir

Qeyd edək ki, Əmir Kəbir Universitetində 176 nəfərin ölümü ilə bağlı anım tədbiri etiraz aksiyasına çevrildikdən sonra, proses bütün şəhərə yayılıb. Məlumatlara görə, tələbələr hakimiyyətin istefasını tələb edərək, SEPAH-ın Mərkəzi Qərargahının qarşısına toplanıblar. Bir müddətdən sonra yerli əhali də onlara qoşulmağa başlayıb.

JAMAZ.İNFO xəbər verir ki, aksiyaların ikinci günü isə etirazçılar parlamentin binası önünə toplaşıblar. Hazırda aksiyalar davam etdiyindən, əhalinin də həmin əraziyə toplandığı deyilir.

Şəhərlər bir-bir ayağa qalxır

Hakimiyyətin, xüsusən də ali dini lider Əli Xomineyinin istefasını tələb edən etirazçıların sayının artması ilə yanaşı, həm də başqa şəhərlərə yayılması müşahidə olunur. Gələn xəbərlərə görə, Tehrandan savayı, Kirmanşah, Sistan, Qəzvin, Sərəndəc şəhərlərində də əhali eyni tələblə küçələrə axışmağa başlayıblar.

Bəzi məlumatlara görə, İsfahan, Məşhəd, Nişapur və daha bir neçə şəhərdə də kiçik həcimli etirazlar start götürüb. Qısa müddətdə etirazların bütün ölkəyə yayılacağı istisna edilmir.

Ölənlərin ailələrindən sərt qərar

Vurulan təyyarədə ölənlərin ailələri də etirazçılara dəstək veriblər. Bundan başqa onlar konkret tələblə çıxış ediblər. JAMAZ.İNFO xəbər verir ki, hələlik ölənlərinə yas tutan və bununla əlaqədar olaraq hüzr məclisləri keçirən valideynlər və ölənlərin yaxınları bəyan ediblər ki, bu gündən etibarən onlar Prezident iqamətgahının qarşısına toplaşacaqlar.

Tələbləri isə birdir: “Xamineyi və Ruhani istefa versin”. Tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ailələr (təxminən 150 ailə) özlərinin elə iqamətgahın qarşısında yandıracaqlar.

Əyalət su altında, hökumət yardımı yaddan çıxarıb

İranın Sistan-Bəllucistan əyalətində sel daşqınları nəticəsində onlarla kənd su altında qalıb. Yerli “Nəsr” Xəbər Agentliyinin yaydığı məlumata görə, indiyə qədər 100-dən çox şəxsin itikin düşdüyü bildirilir. Lakin təbiət hadisəsinə rəğmən, hökumətin müvafiq qurumları əhaliyə yardım göstərmir. İtikin düşənlərin axtarışını isə yerli sakinlər özləri aparırılar.

Qeyd edilir ki, hökumətin səhlənkarlığı əhalinin qəzəbinə səbəb olub. Ona görə də, vilayətin əsas şəhərlərində etirazlar başlayıb. Əvvəlcə sosial zəminli şüarlar səsləndirilsə də, sonradan bu tələblər siyasi xarakter almağa başlayıb. Onlar hakimiyyəti istefa verməyə çağırıblar.

Səfirlər də aksiyaçılara qatılıblar

İran mənbələrinin yaydığı xəbərə görə, Tehranda keçirilən etiraz aksiyalarına xarici ölkələrin səfirləri də qatılıblar. İlk xəbər İngiltərə səfirindən gəlib və o Əmir Kəbir Universitetində keçirilən anım mərasiminə qatılıb. Llakin yerli polis onu həbs edərək, bir neçə saat saxlayıb. Londonun israrlı etirazlarından sonra səfir azadlığa buraxılıb. İran tərəfi bəyan edib ki, səfiri yanlışlıqla saxlayıblar.

Bu hadisədən sonra Tehrandakı xarici ölkələrin səfirləri, o cümlədən bir çox şərq ölkələrinin səfirləri də əhali ilə birlikdə etiraz aksiyalarına iştirak ediblər. Deyilənlərə görə, səfirlərin belə bir addım atması həmkarlarının qanunsuz olaraq saxlanılmasına etiraz etmələri və aksiyaçılara dəstək məqsədi daşıyıb.

Azərbaycan şəhərləri hadisələri müşahidə edir

İrandakı Azərbaycan şəhərlərinin əhalisi daha çox hadisələrin müşahidəçisi kimi çıxış edirlər. JAMAZ.İNFO xəbər verir ki, Təbriz, Ərdəbil, Urmiya, Əhər, Kəleybər, Zəncan, Marağa, Mərənd kimi şəhərlərdə etirazlar olmayıb. Yalnız Qəzvin şəhərində əhali küçələrə çıxıb və hakimiyyətin istefasını tələb edib.

Qeyd edək ki, etirazçılar vəziyyəti belə görüb, İrandakı türk şəhərlərinin əhalisinə sosial şəbəkələr vasitəsi ilə müraciət ünvanlayıblar. Müraciətdə Azərbaycan türklərinin heç nədən çəkinməməyə çağırılıb və birlikdə etirazlara başlamaları istənilib. Lakin həmin müraciət bir qədər sərt sözlərlə də müşahidə olunub. “Cəsarətli olun, heç nədən çəkinməyin. Yığdığınız pullardan da qorxmayın. Kişi olun, mollanın cibində oturmayın. Küçələrə çıxın. Hamımız bu zülmün altında əzilirik".

Məşhur sənət adamları və jurnalistlər də etiraza başladı

İranın tanınmış rejissor və aktyorları da baş vermiş son hadisədən sonra hakimiyyətin istefasını tələb etməyə başlayıblar. Dünən onlar bir araya gələrək bəyan ediblər ki, yaxın günlərdə keçiriləcək və hakimiyyətin dəstəyi ilə təşkil olunacaq “Fəcr” Kino Festivalına qatılmaqdan imtina edirlər.

Onlar bəyan ediblər ki, bundan sonra onlar hökumətin təşkil etdiyi heç bir tədbirə qatılmayacaq və protest edəcəklər. Onlar bunu onunla izah ediblər ki, öz vətəndaşlarını roketlə vuran bir hakimiyyətlə eyni mövqedə dayana bilməzlər.

Bu əsnada, İranın dövlət televiziyasında çalışan nüfuzlu jurnalistlərin bir neçəsi dünən istefa veriblər. Onlar hazırkı hakimiyyətin siyasətini dəstəkləmədiklərini, onların siyasətini təbliğ etmək niyyətində olmadıqlarını deyiblər.

Polis etirazçıların tərəfinə keçdi

Bildirək ki, İranda baş qaldırmış etiraz aksiyalarının yatırılması üçün hökumət polis qüvvələrindən istifadə etmək etmək qərarına gəlib. Tehranda əhalinin üstünə göndərilən polislər onlara əl qaldırmaqdan imtina ediblər. JAMAZ.İNFO sosial şəbəklərə istinadən xəbər verir ki, polis qüvvələri əhaliyə yaxınlaşaraq, onların tələblərinin haqlı olduğunu bildiriblər və həmrəyliklərini ifadə ediblər.

Hadisədən xəbər tutan SEPAH komandanlığı dərhal polisi ərazidən uzaqlaşıdırıb. Onları isə polis forması geyindirilmiş SEPAH əsgərləri ilə əvəzləyib.

İlk toqquşma Kirmanşah şəhərində qeydə alınıb. Dəyənklə əhalini dağıtmağa çalışan SEPAH əsgərləri müqavimətlə üzləşiblər. Onlara hətta “molotov kokteyli” atıblar.

Pilot təxribatın qarşısını necə aldı?

Aldığımız məlumata görə, dünən (12 yanvar) Təbriz şəhərindən Kişə üçan təyyarə gözlənilmədən qəza enişi edib. Həmin məlumatda deyilir ki, yenicə təmirdən və texniki baxışdan çıxmış təyyarə havaya qalxdıqdan 5 dəqiqə sonra texniki nasazlıq səbəbindən geri dönmək məcburiyyətində qalıb. Belə ki, pilot belə davam edərsə, ən geci 10-15 dəqiqə sonra təyyarənin göydəcə partlayacağını təxmin edib və Hava Limanı ilə razılaşmadan geri dönərək, eniş edib.

Ppilot yenicə texniki baxışdan keçmiş və heç bir problemi olmayan təyyarənin niyə belə bir problemlə üzləşməsinin səbəbini soruşub. Lakin ona tutarlı cavab verilməyib. Yalnız sonradan məlum olub ki, təyyarənin motorunda qəsdən texniki problem yaradılıb ki, uçaq havada olarkən partlasın.

Bunun təxribat olduğunu anlayan heyyət uçuşdan imtina edib. İlkin versiyaya görə, İran hakimiyyətində hansısa qüvvələr gündəmi dəyişmək məqsədi ilə ikinci təyyarə qəzası həyata keçirmək istəyi olub. Bunun üçün də əyalət aeroportlarından biri seçilib. Lakin pilotun ayıq-sayıqlığı həmin təxribatın qarşısını almağa imkan verib.

Məlumatda deyilir ki, Təbriz Hhava Limanında çalışan pilotlar və təyyarə heyəti uçuşlardan imtina edib. Onlar bəyan ediblər ki, hansısa qüvvələrin siyasi maraqlarının qurbanı olmaq fikrində deyillər. Hava Limanı rəhbərliyinin uzun müddət davam edən danışıqlarından sonra bəzi pilotlar uçmağa razılıq veriblər. Lakin digərləri canlarının amanda olmadığını əsas gətirərək, işə çıxmaqdan imtina ediblər.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər