Oqtay Gülalıyevin vəziyyəti necədir? -"Müəyyən reflekslər var"

  • GÜNDƏM
  • 05.11.2019 13:51
  • 24 dəfə oxundu

"Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti stabil-ağır olaraq qalır". Bu barədə Turan agentliyinə professor Adil Qeybulla bildirib. 

“Oktyabrın 30-da keçirilmiş cərrahi əməliyyatdan sonra onun üzərində apardığımız müşahidələrə əsasən deyirik ki, səhhətində geriləmə yoxdur. Müəyyən reflekslər var. Dörd koma dərəcəsindən II koma vəziyyətindədir”, deyə həkim bildirib. 

O deyib ki, işemanın içində beyin əzilməsi var, beyin qişalarında, əzilmə olub, sərt qişanın altında üç yerdə gemotoma var. "Əməliyyat zamanı gemotoma çıxarılıb. Amma beyin ödəmi özü qalır, dislakasion sindrom qalır. Ödəm müəyyən dövrdən sonra yavaş-yavaş gedəcək, təəssüf ki, beyin funksiyasında müəyyən itkilər olacaq. Sol beyində problem olduğu üçün sağ beyində cızılmalar var. Səhhətində geriləmə yoxdur, ona baxmayaraq müsbət dinamika üçün də hələ vəziyyət tezdir”. 

Onun sözlərinə görə, vəziyyət həkimlərin daimi nəzarəti altındadır. Fəalı əməliyyat edən həkim də, reanimatoloq da hər gün xəstəni müşahidə altında saxlayır.

Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva da qeyd edib ki, onun vəziyyəti ağır olaraq qalır. Gülalıyevanın sözlərinə görə, YNH-dən sonra aparıldığı şəhər kliniki xəstəxanasında hüquq müdafiəçisinə sistem qoşublar. Daha sonra onda hərəkətsizlik əmələ gəlib. 

Həyat yoldaşı həmçinin qeyd edib ki, vəziyyəti ağır olduğuna və vəkil tutulmadığına görə o, istintaqın gedişatı ilə maraqlana bilmir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər