Oqtay Gülalıyevin hərarəti yüksəlib

  • GÜNDƏM
  • 13.01.2020 18:06
  • 26 dəfə oxundu

İstanbulda “Amerika hospitalı”nda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin yanvarın 13-də qızdırması yüksəlib. Bunu fəalın xanımı Füruzə Gülalıyeva bildirib.  

“Uzun müddətdir Oqtayın qızdırması olmurdu. Yanvarın 10-da əməliyyatdan sonra hər hansı fəsad olmamışdı. Ancaq bu gün səhər vəziyyət dəyişdi”, - F.Gülalıyeva qeyd edib.

Həkimlər bunu Oqtayın əməliyyat olunması ilə əlaqələndirirlər.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Bir neçə saatdan sonra o, komaya düşüb. Oktyabrın 30-da Bakıda ““Citу Hospital”-da əməliyyat olunub.

Noyabrın əvvəlində O.Gülalıyev Heydər Əliyev Fondunun dəstəyilə müalicə üçün Türkiyəyə göndərilib.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər