Oqtay Gülalıyev Türkiyəyə aparılır-Heydər Əliyev Fondu müalicəni nəzarətinə götürdü

  • GÜNDƏM
  • 05.11.2019 15:30
  • 46 dəfə oxundu

Vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.  

Turan informasiya agentliyi məlumat verir ki, bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva danışıb. "Mənə Fonddan zəng etdilər, Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, deyə həyat yoldaşı qeyd edib. 

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər. 

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da fəal baş beyindən gematomanın çıxarılması üzrə ağır əməliyyat olunub. Amma əməliyyat lazımi vaxtdan xeyli gec edilib. 

Həkimlərin proqnozlarına görə, nəticə müsbət olarsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməli olacaq. 

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib ki, Türkiyədən gələn həkimlərin rəyinə görə, atasının vəziyyəti ağırdır. "Həkimlər əlavə ediblər ki, aparılmasında heç bir təhlükə yoxdur. Ailəsi olaraq aparılması üçün razılıq verdik, hal hazırda aparılması üçün hazırlıq işləri görülür".

Posts Carousel

Xəbər lenti

Video xəbərlər