Oqtay Gülalıyevdən xəbər var

  • SİYASƏT
  • 13.11.2019 22:41
  • 31 dəfə oxundu

Hüquq müdafiəçisi Oktay Güləliyevin ağciyərinə infeksiya düşdüyü deyilir. Bu barədə həyat yoldaşı Firuzə Güləliyeva Toplum TV-yə bildirib. 

Onun sözlərinə görə, dünən - 12 noyabrda həkimlər bildirib ki, Oqtay Güləliyevin ağciyərinə virus düşüb: "Oqtayın hazırda durumu ağır olaraq qalır. Heç bir irəliləyiş yoxdur”. 

Firuzə Güləliyeva bildirib ki, Avrasiya Xəstəxanasında Neyrocərrahiyyə şöbəsi yoxdur və oraya aparıldıqdan sonra bir dəfə də olsun ona neorocərrah baxmayıb. 

Oqtay Güləliyev oktyabrın 29-da axşam saatlarında, 28 May və Puşkin küçələrinin kəsişməsində yolu keçərkən piyada keçidinin üstündə maşınla vurulub. 

O, əməliyyat edildikdən sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin həkimlər səhhətində irəliləyiş olmadığını deyiblər. 

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.  

Müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub. Daha sonra isə Oqtay Gülalıyev ambulans təyyarə ilə İstanbula çatdırılıb.  

Hazırda Türkiyənin Avrasiya Xəstəxanasında müalicəsi davam etdirilir. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər