Oqtay Gülalıyev əməliyyat olundu

  • GÜNDƏM
  • 11.01.2020 11:47
  • 15 dəfə oxundu

Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyat olunub. Qaynarinfo məlumat verir ki, bu barədə oğlu Əli Gülalıyev məlumat verib.  

O, qeyd edib ki, hazırda Oqtay Gülalıyevin səhhəti normaldır: "Atamın əməliyatı təxminəm 3 saatdan sonra başa çatdı. Həkimi Mehdi Sasaninin bildirdiyinə görə, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir. Ümid edirik ki, edilən əməliyyat atamın hazırki vəziyyətdən çıxmasına təkan vermiş olacaq”. 

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı "Amerika Xəstəxanası”na köçürülüb. O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər