Növbədənkənar seçkilər fevralın 9-na təyin olundu

  • SİYASƏT
  • 05.12.2019 16:44
  • 32 dəfə oxundu

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" sərəncam imzalayıb.

JAMAZ.İNFO xəbər verir ki, sərəncamda deyilir: 

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981 ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın. 

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin". 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər