Neftin qiyməti 90 dollara qalxacaq

Rus ekspertlər yanvardan etibarən “qara qızıl”ın tədricən bahalaşacağını bəyan edir  

Dünya neft bazarında bir müddət davam edən sabit vəziyyət artıq dəyişməyə başlayıb. “Qara qızıl”ın birjalarda dəyişkən qiymətlərlə satılması, habelə son günlər bahalaşma tendensiyasının nəzərə çarpması bir çox analitiklərin diqqətini çəkib.

JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,08 ABŞ dolları və yaxud 3,15% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,16 dollar təşkil edib.

Eyni zamanda, digər neft markalarında da qiymət artımları diqqəti çəkir. Bununla bağlı, rus ekspertlər bildirirlər ki, neft bazarında diqqət çəkən qiymət artımları dünya iqtisadiyyatında baş verən dəyişikliklərlər bağlıdır. Eyni zamanda, İrana tətbiq olunan sanksiyalar səbəbindən bir çox iri dövlərlər (Yaponiya və Çin kimi) alıcılıqdan imtina etməyə başlayıblar.

Ekspertlər qeyd edirlər ki, iri neft istehsalçısı olan İranın dünya birjalarına məhsul çıxara bilməməsi, eyni zamanda, OPEK-in hasilatı aşağı salması qiymətə təsir etməyə başlayıb. Onların sözlərinə görə, yanvar ayından etibarən neftin qiyməti tədricən bahalaşmağa başlayacaq və aprel ayına kimi 90 dollarlıq son həddi görəcək.

Rus analitiklər hesab edirlər ki, hazırkı şəraitdə və dünyada baş verən iqtisadi proseslər fonunda neftin bir barrelinin 90 dollar olması normaldır və ondan qüksək qiymətin meydana gəlməsi mümkün deyil. Onlar bildirirlər ki, neftin 100-150 dollar olması üçün dünya iqtisadiyyatında ciddi artımların olması lazımdır ki, hazırda bunun üçün heç bir zəmin yoxdur.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər