Nazirlər gələn ilin əvvəli görüşəcəklər

  • XƏBƏR
  • 05.12.2019 11:57
  • 23 dəfə oxundu

Ermənistan və və Azərbaycan xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov Qarabağ nizamlanması ilə bağlı növbəti görüşü gələn ilin əvvəllərində keçirmək barədə razılığa gəliblər. Dekabrın 4-də Bratislavada keçirilən görüşün yekunu belə olub.

"Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəldilər", deyə Azərbaycan XİN-in məlumatında deyilir. 

Mənbənin məlumatına görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüş 3,5 saatdan çox davam edib. "Tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr apardılar", deyə bəyanatda qeyd edilir. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər