Nazir Xocalı sakinin qəbul etdi

  • XƏBƏR
  • 21.01.2020 00:30
  • 194 dəfə oxundu

Daxili işlər naziri Vilayət Eyvazov ötən günlərdə Xocalı sakini Səfər Ccavadovu qəbul edib. Bu barədə JAMAZ.İNFO-ya Ccavadov özü məlumat verib.  

O bildirib ki, bir neçə gün əvvəl sosial şəbəkələr vasitəsi ilə nazirə müraciət edib və ondan şəxsən qəbul etməsini istəyib. “Reaksiya gecikmədi. Bir neçə saat sonra DİN-in məsul şəxsi mənə zəng edib, nazirin qəbuluna dəvət etdi”.

Səfər Cavadov bildirdi ki, səhəri günü nazirin qəbuluna gedib və orada başına gətirlənləri nəql edib. “Əlimdə olan sübut və faktları təqdim etdim. Ətraflı danışmağım üçün bütün şəxariti yaratdı. Cavabında bildirdi ki, məsələni şəxsi nəzarətinə götürüb və əlimdə olan polislərə aid səs yazılarını istədi. Sonda da bildirdi ki, Xocalı camaatına xüsusi sayğısı var. Və mənə söz verdi ki, işimin ədalətli həlli üçün qanunun tələb etdiyi bütün imkanlardan yararlanacaq”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər