Müxalifət Müsavata toplaşdı

  • XƏBƏR
  • 05.11.2019 16:17
  • 25 dəfə oxundu

Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.

JAMAZ.İNFO xəbər verir ki, Müsavat Partiyası başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan tədbirin mediaya açıq olan hissəsində iştirakçılar media üçün tədbirlə bağlı məlumat veriblər. 

Giriş sözü ilə çıxış edən Arif Hacılı bildirib ki, bu tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və bu vəziyyətdən çıxış yolları müzakirə olunacaq. O, tədbirin mediaya açıq olan hissəsində əlifba sırasına uyğun olaraq Dəyirmi Masa iştirakçılarının çıxış edəcəyini deyib. 

Tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər