Münhendə həbs olunmuş jurnalistdən xəbər var:Nə qədər həbsdə qalacağı bəlli deyil

  • GÜNDƏM
  • 06.09.2019 22:41
  • 61 dəfə oxundu

 Bir müddət əvvəl Münhen məhkəməsinin qərarı ilə həbs edilmiş Azər Kazımzadə ilə bağlı yeni xəbər var. JAMAZ.İNFO xəbər verir ki, Emil Cəfərov tərəfindən yayılmış məlumata görə, dünən o, dostları ilə birlikdə Münhenə yola düşüblər. 

 

O qeyd edib ki, yol boyu olayla ilgili araşdırma da aparıb. “Münhenə çatdım. Rauf Babayevlə birlikdə Azər bəyin saxlanıldığı yerlə maraqlandıq. Azər Kazımzadə hazırda müvəqqəti saxlama təcridxanasındadır. Onunla bağlı konkret həbs müddəti müəyyənləşməyib. Lakin görünən o ki, istintaq müddətində həbsdə qalacaq”.

Emil Cəfərov yazıb ki, Sarvan bəy artıq istintaqı aparan müstəntiqlə danışıb. “Durumu izah edib. Azər bəyə vəkil ayrılıb. Vəkil işlərlə məşğuldu. Azər bəyin saxlanıldığı təcridxana rəhbərliyi gələn həftə görüşə icazə verəcək”.

Onun sözlərinə görə, Azər Kazımzadənin günahsız olmasına dair dəlillər var. “Hamısı istintaqa təqdim ediləcək. Əminik ki, biz onun azadlığına nail olacağıq və bunun üçün çalışırıq”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər