“Müharibə riski qalır, amma münaqişələri həll etmək üçün sehrli çubuğum yoxdur”

  • GÜNDƏM
  • 05.12.2019 16:48
  • 29 dəfə oxundu

"İnsanlar hələ də münaqişələrdən əziyyət çəkirlər, həyatlarını itirirlər. Bütün səmimiyyətimlə deyirəm ki, fəaliyyət müddəti başa çatan sədr kimi mənim münaqişələri həll etmək üçün sehrli çubuğum yoxdur”. APA-nın xəbərinə görə, bunu Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib. 

"Lakin mən çox güclü inama sahibəm. ATƏT-in münaqişələrin həlli üçün göstərdiyi səy əvəzsizdir”, - deyə M. Layçak vurğulayıb.

O qeyd edib ki, ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır. O deyib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi gerçək olaraq qalır.

M.Layçak Moldovanın Transnistru bölgəsində son illər əldə edilən irəliləyişin pozulması ehtimalının olduğunu da diqqətə çatdırıb. "Böhran və münaqişələrin həlli üçün əlimdə hansısa sehrli çubuq yoxdur. Münaqişələri həll etmək üçün dialoq yaradılması üçün ATƏT-in yeni kanallar açmaq səylərinin hədsiz dəyərə malik olduğunu düşünürəm. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq”.

Slovakiyanın Baş Naziri Peter Pelleqrini isə bildirib ki, ATƏT-in hələ də regionu daha stabil və təhlükəsiz etmək üçün rolu mövcuddur. "Slovakiyanın sədrliyi göstərdi ki, biz sabitliyə töhfə vermək istəyirik. İnsanlar münaqişələrdən əziyyət çəkir. Biz siyasi həll yollarını və dialoqu dəstəkləyirik”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər