Metroda gediş haqqı artırılacaq?

“Gələn il metroda gediş haqqı bahalaşa bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu proqnozu iqtisadçı-ekspert Qubad İbadoğlu özünün Facebook səhifəsində açıqlayıb. 

Onun sözlərinə görə, Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətləri və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumatı açıqlayıb. 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılıq edir: “Qeyd edim ki, cari il üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması böyük ehtimalla metroda gediş haqlarının artırılmasına hesablanmış addımdır”.  

Posts Carousel

Xəbər lenti

Video xəbərlər