Mərdəkan çimərliyində dava– CİNSİ AZLIĞIN 5 ÜZVÜ DÖYÜLÜB, BİRİNİN QULAĞINI KƏSİBLƏR

  • GÜNDƏM
  • 29.06.2019 01:39
  • 1510 dəfə oxundu

Bu gün gecə saatlarında Mərdəkanda yerləşən cimərliklərin birində kütləvi dava olub. JAMAZ.İNFO sosial şəbəkələrə istinadən xəbər verir ki, dava 20-yə yaxın idmançı ilə cinsi orientasiyasını dəyişmiş şəxslər arasında olub.  

Belə ki, çimərlikdə 7 qat dünya çempionu olduğu deyilən 20-yə yaxın idmançı 5 nəfər cinsi azlığa hücum edərək, onları döyüblər. Bu zaman həmin cinsi azlıqların nümayəndələrindən birinin başında butulka sındırılıb və qulağı kəsilib. Bir digərinin qabırğalarında xəsarət qeydə alınıb. Qalanlarının bədənlərinin bir neçə yerində hematomalar yaranıb.

Məlumatlara görə, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Dava-dalaş edənlərin saxlanıldığı bildirilir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər