Məktəbli paltarları ilə bağlı narazılıq:“KEYFİYYƏTSİZDİR”

  • GÜNDƏM
  • 09.09.2019 11:30
  • 25 dəfə oxundu

Qarşidan yeni dərs ili gəlir. Sentyabrın 16-da ilk dərs günü olacaq. Buna qədər valideynlərin də bir xeyli qayğısı diqqəti çəkir. Xüsusən də uşaqların məktəbli geyimləri məsələsi valideynləri daha da narahat edir. Elə bu səbəbdəndir ki, bir çoxları məktəbli geyimləri ilə bağlı şikayətçi düşüblər.  

JAMAZ.İNFO xəbər verir ki, geyimlərin alınması üçün dükanlarda uzun-uzadı növbələrin olması adi hala çevrildiyindən, valideynlər bu məsələdən şikayətçi deyillər. Lakin geyimlərin keyfiyyəti ilə bağlı narazılıq daha da artır.

Belə ki, Bakı Tikiş Evinin tikdiyi geyimlərin keyfiyyətsiz olduğunu deyən valideynlər qeyd edirlər ki, təkcə tikiliş deyil, parçalar da çox aşağı keyfiyyətlidir. Valideynlərin sözlərinə görə, parçanın aşağı keyfiyyətli olması ilə yanaşı, həm də sliqəsiz tikiliş də onları narahat edir. “Sanki birinci dəfədir məktəbli geyimi tikirlər. Keyfiyyətsiz parça, səliqəsiz tikiş. Məktəb də ancaq bu formanı tələb edir”.

Bakı Tikiş Evi ilə əlaqə saxlayıb, onların fikirlərini öyrənmək cəhdlərimiz alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər