Maşında gəzdirdiyimiz təhlükə

  • GÜNDƏM
  • 16.09.2019 16:04
  • 36 dəfə oxundu

Artıq bir neçə ölkədə yanğınsöndürən balonların saxtaları ortaya çıxıb. Görünüşcə oxşar olan bu balonlardan çıxan maye eyni rəngdə olsa da, yanğını söndürmür. Səbəbi isə onun tərkibində yanğın söndürən mayə yox, daş külü olmasıdır.  Bəzi ölkələrdə bununla bağlı tədbirlər görülür. Bəs Azərbaycanda belə probləmlə üzləşən olubmu? Ümumiliyyətlə, yanğınsöndürən balonlara nəzarət necə aparılır? 

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, belə avadanlıqları rəsmi şirkətlərdən almaq lazımdır, yoxsa aldadıla bilərsiz. 

“Bu avadanlıqlar rəsmi dövlət orqanları tərəfindən satılmır, özəl bir şirkət tərəfindən gətirilir. Şirkətdə bunu satarkən zəmanət verir ki, məsələn, bir ildən sonra gətirməlisən və bu yenidən doldurulmalıdır. Amma bizim vətəndaşlar o cür yanaşmır. Yəni, mən onu görüntü üçün qoymuşam, polis saxlayanda görəcək ki, var. Hətta bir yanğınsöndürən balonla 10 dost texniki baxışdan keçir. Ona görə də bəziləri bu balonları formal olaraq maşında gəzdirir. 

Qaydalar dəyişib artıq. Ən az 2 litr həcmində balon olmalıdır. İndi şərt qoyurlar ki, baqajda yox, salonda olsun. Bu bir az anormal yanaşmadır. 2011-dən istehsal olunmuş maşınlarda görürsünüz ki, qabaq oturacaqda ayaq altında yer var bu balonu qoymağa, amma başqalarında yoxdur.  

Saxtalıq məsələsinə gəldikdə isə, sürücü bu balonu alarkən, sertifikat tələb edilməlidir. Bizdə mən bildiyimə görə, bir dənə İqbal Məmmədovun “Kaspi-Yıldız” şirkəti var. Digərlərindən də xəbərim yoxdur. Bilirsiz, Azərbaycanda leş ət ilə təmiz əti ayıra bilmiriksə, balonların saxtası ilə orjinalını necə ayıraq? 

Yanğın olduğu təqdirdə sürücüyə məlum olsa ki, oradakı yanğınsöndürən maye yox, başqa maddədir, onda sürücü şirkəti məhkəməyə verə bilər.Əgər normal məhkəmə sistemimiz olsa, o şirkəti elə cərimələyər ki, o birdə belə qələt etməz. Amma gəl gör ik, məhkəmə ədalətli qərar verəcəkmi? Məhkəmə elə qərar qəbul edəcək ki, səhv vətəndaşda olub: ya düzgün düyməni basmayıb, ya vaxtında doldurmayıb və s”. 

O, bildirib ki, yanğınsöndürən balonları hər yerdən alınmamalıdır. Onu etibarlı yerlərdən əldə etmək və çek tələb etmək lazımdır: “Gərək balon alınanda onun çeki saxlanılsın və aparılıb göstərilsin. Amma gedib Babək prospektində olan məşhur bazardan alsan, orada köhnə təkəri belə təzə təkər adıyla satırlar və səndə elə aldadılırsan”. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər