Masazırda zibil “ayaq tutub yeriyir” -FOTOLAR

  • GÜNDƏM
  • 18.09.2019 10:54
  • 36 dəfə oxundu
img
img

Abşeron rayonunun Masazır qəsəbəsində zibil əlindən tərpənmək olmur. Qaçaq Nəbi və ona bitişik küçələrin sakinləri şikayət etmədikləri yer qalmayıb. JAMAZ.İNFO xəbər verir ki, qəsəbə sakini Emil Məhərrəmov axırda məcburiyyət qarşısında qalaraq məsələni ictimailəşdirməli olub.  

O bildirib ki, dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə, Masazır Qəsəbə Bələdiyyəsinə müraciət edib. Onun sözlərinə görə, dəfələrlə qəsəbədəki küçələrə zibil yeşiklərinin qoyulması ilə bağlı müraciət etsələr də, heç bir reksiya verilməyib.

Sakin vurğulayır ki, əhali zibil yeşikləri olmadığından insanlar zibilləri plastic torbalarda yol kənarına, evlərin arxasına tullayırlar. “Küçələrin tinlərində zibil qalaqlarının əlindən keçmək olmur. Üfunət iyi hər yeri bürüyüb. Zibil qabları qoymaq bu qədər çətindir? Nə vaxta kimi belə davam edəcək?”

Emil Məhərrəmov sosial şəbəkələr vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, onları məsuliyyətli olmağa, əraziyə zibil qabıları qoymağa və əhalini üfunətdən xilas etmək üçün addım atmağa çağırıb.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər