Lerikdə 7 kənd işıqsız qalıb:“Deyirik, amma baxan yoxdur”

  • GÜNDƏM
  • 07.02.2020 12:05
  • 82 dəfə oxundu

Son günlər əsən güclü küləklər Cənub bölgəsinə, xüsusən də Lerik rayonuna ciddi zərər vurub. JAMAZ.İNFO xəbər verir ki, indiyə qədər rəsmi qurumlar dəymiş zərərlə bağlı açıqlama vermirlər. Lakin durum başqadır və təkcə Lerikin 7 kəndi 5 gündür elektriksiz qalıb.  

Sayta verilən məlumata görə, Lerikin Osyodərə kəndi daxil olmaqla, 7 kənddə fevralın 2-dən elektrik enerjisi yoxdur. Bununla bağlı müvafiq qurumlara edilən müraciətlərin də xeyri olmayıb. Sakinlər hazırda da işıqsız qalıblar. Ssakinlərin JAMAZ.İNFO-ya verdikləri məlumata görə, buna səbəb güclü küləyin əsməsi nəticəsində elektrik dirəklərinin sıradan çıxmasıdır. Onlar deyirlər ki, elektrik dirəklərinin aşması üçün Lerikdə güclü küləyin olmasına gərək də yoxdur. “Sakit meh əsəndə də dirəklərin bir neçəsi sıradan çıxır. İllərdi bu problemi dilə gətiririk, amma baxan yoxdur”.

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Yenisabah.az-a bildirib ki, güclü küləklər nəticəsində Lerikin xeyli kəndində elektrik enerjisi ilə bağlı problem yaransa da, artıq aradan qaldırılıb. “Çox kənddə bu problem var idi. Amma bu gün günorta saatlarından artıq qəza aradan qaldrılıb. Bilirsiniz ki, Lerik dağlıq ərazidir. Elə kəndlər var ki, dağın başındadır. Ona görə də orada iş görmək bir qədər çətindir. Lakin buna baxmayaraq qəza tam aradan qaldırılıb. Azərbaycan Əfqanıstan deyil ki, onun hansısa rayonunun kəndlərində 5 gün işıq olmasın. Əgər belə hal varsa, mənə niyə zəng vurmayıblar?”, - deyə Tanrıverdi Mustafayev bildirib.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər