Koronovirusun adı dəyişdi: "Covid-19"

  • GÜNDƏM
  • 12.02.2020 14:08
  • 21 dəfə oxundu

Çində üzə çıxan və qısa müddətdə dünyanın 4 bir tərəfinə yayılan koronovirus faciələr törətməkdə davam edir. 49 milyonluq Hubey vilayəti və 11 milyon əhalisi olan Vuhan şəhərlərinin bir aydan çoxdur mühasirədə saxlayan Çin hökuməti, artıq Pekində də analoji addımı atmaq barədə düşünməyə başlayıb. Çünki virus Çinin paytaxtında da artıq insan canı almağa başlayıb.  

JAMAZ.İNFO xəbər verir ki, bu günə olan son məlumata görə, Çində koronovirusdan ölənlərin sayı 1018 nəfərə çatıb. Bundan başqa, koronovirus dörd qitədə qeydə alınıb ki, bu artıq rsəmi olaraq təhlükə deməkdir.

Çin hökuməti isə vəziyyəti düzəltmək üçün bir çox addımlar atmağa başlayıb. Virusun qarşısını almaq üçün bütün həkimləri səfərbərliyə alan Pekin, paralel olaraq bütün şəhərlərdə küçələrin və evlərin dezinfeksiya edilməsi barədə göstəriş verib. Artıq Luoyang şəhərində yüzlərlə maşın bütün gecəni hərəkət edərək, hər yeri dezinfeksiya edib.

Bu əsnada, Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus bəyan edib ki, Çində yeni tip koronovirusa "Covid-19" adını veriblər. “Artıq xəstəlik üçün bir adımız var və bu, Covid-19-dur”.

O bildirib ki, xəstəliyə qarşı bütün dünya dövlətləri aqressiv mübarizə aparmalıdırlar. Onun sözlərinə görə, vaksin üzərində işlər sürətlə gedir və yaxın 18 ay içində dərman kəşf olunacaq.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər