Koronovirus Pekinə çatdı:“MİLYONLARLA İNSAN ÖLƏ BİLƏR”

  • GÜNDƏM
  • 10.02.2020 14:24
  • 86 dəfə oxundu

Çində durum dramatik şəkil almağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, toplam 200 min insanı karantin altına alan Pekin hökuməti bir çox xoş olmayan sürprizlərlə də qarşılaşıb.  

Belə ki, bu günə qədər dünyada koronovirusdan ölənlərin sayı 910 nəfərə çatıb. Onlardan cəmi 2-si başqa ölkədə qeydə alınıb. 908 ölüm faktı isə Hubey əyaləti, Vuhan və Pekində qeyd edilib.

Rəsmi dairələri təşvişə salan əsas məsələ odur ki, görülən tədbirlərə rəğmən koronovirus Pekində belə peyda olub. Xəstəliyin paytaxta qədər uzanması artıq rəsmi qurumları narahat etməyə başlayıb. Elə ona görə də, aciz vəziyyətdə nə baş verəcəyini gözləməli olublar. Çünki koronovirus Pekində yayılarsa, heş bir karantin və hər hansı bir tədbir fayda verməyəcək. Üstəlik, xəstəlik bütün ölkəyə yayılmağa başlayacaq.

Yerli tibb işçilərinin gəldiyi qənaətə görə, qısa müddətdə koronovirusun müalicə üsulu tapılmasa, Çində milyonlarla insan ölə bilər. Onların bildirdiyinə görə, xəstəlik artıq Vuhan və Hubeydə nəzarətdən çıxıb. Üstəlik, başqa əyalətlərə də yayılmağa başlayıb. “Belə davam edərsə, proses tamam nəzarətdən çıxacaq. Bu isə milyonlarla insanın ölümü deməkdir”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər