İsrail İrana qarşı:Nüvə obyektləri vurula bilər

  • DÜNYA
  • 22.01.2020 11:12
  • 72 dəfə oxundu

İsrail İranın nüvə bombasına sahib olmaması üçün əlindəki bütün vasitələrdən, o cümlədən hərbi gücdən istifadə etməyə hazırdır.  

Bunu "İzvestiya"ya açıqlamasında İsrailin Xarici İşlər naziri İsrail Katz deyib. O vurğulayıb ki, ölkəsi İranın Suriyada möhkəmlənməsinə və öz ərazisində hərbi bazalar yaratmasına imkan verməyəcək.  "İrandakı "Ayətullah" rejimi təkcə İsrail üçün deyil, bütün Yaxın Şərq üçün təhlükəlidir. Onun rəhbərləri heç vaxt bizə strateji ziyan vurmaq və yəhudi dövlətini məhv etmək istəyini gizlətmirdilər. Hökumətimiz ölkəsini İranın nüvə proqramından qorumağa borcludur",- deyə o bildirib. 

İsrailin İranın nüvə obyektlərinə əvvəlcədən zərbə vurmasına icazə verib-verməyəcəyinə dair suala isə Katz belə cavab verib:  "Başqa yol yoxdursa, əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik". 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər