İş adamları: “Fərəcov bir villasını satsa, bizim borcumuzu ödəyər”

Ötən günlərdə xəbər vermişdik ki, bir qrup iş adamı Sumqayıtın icra başçısı Zakir Fərəcovdan şikayətçi düşərək, onlara çatacaq 8 milyon manatı 3 ildir vermədiyini bildirmişdilər. Bununla bağlı, dövlət başçısına müraciət edən həmin şəxslər bildirmişdilər ki, Fərəcov həmin pulu geri qaytaırlmaq istəmir. Üstəlik, həmin məbləğin 30 faizinin ona verilməsini istəyir. Etiraz edənləri isə polis və prokurorluqla hədələyir.  

JAMAZ.İNFO xəbər verir ki, belə bir müraciətin gündəmə gəlməsi icra başçısını ciddi şəkildə narahat edib. Hətta problemi aradan qaldırmaq üçün müraciət edən iş adamlarından bir neçəsi ilə danışaraq, onlardan səbirli olmalarını istəyib. Ancaq bütün bunlara rəğmən, yenidən iş adamlarına pulu ödəməkdən dolayı olaraq boyun qaçırmaya başlayıb.

Sahibkarların verdiyi son xəbərdə deyilir ki, onlar baş verənlərlə bağlı Prezident Admnistrasiyasına gediblər. “Orada bizi hörmətlə qarşıladılar və səbrlə dinlədilər. Bütün zəruri sənədləri təqdim etdik və borcların yaranma səbəblərinə dair sübutları verdik. Bizə bildirdilər ki, yaxın günlərdə bununla bağlı konkret cavab veriləcək”.

Həmin şəxslər bildiriblər ki, Zakir Fərəcov üst-üstə 426 nəfərin pulunu verməkdən imtina edir. Onların sözlərinə görə, borcun məbləği 8 milyon manatdır və ondan imtina etmək fikrində deyillər. “Bu adam bizə deyir ki, həmin pulun 30 faizini ona verək. Bu necə mümkündür? Bu qədər mal, material alınıb, bəs, onların sahiblərini həmin pulu necə verəcəyik? Həmçinin, axı, biz niyə halal zəhmətimizin 30 faizini icra başçısına verək?”

Sahibkarlar deyirlər ki, Zakir Fərəccov üçün 8 milyon manat böyük pul deyil. Onlar bildirir ki, Bakıdakı bağ evlərindən birini satıb, həmin pulu ödəmək iqtidarındadır. “Zakir Fərəcov üçün 8 milyon manat elə də böyük məbləğ deyil. Təkcə, Bakıdakı bir villasını satışa çıxarsa, bizə olan borcunu bağlaya bilər. Goradildə özünə məhəllə salan adamdır. Onun üçün 8 milyon manat pul bir şey deyil. Əziyyət çəkib, villalarından birini satıb bizim borcumuzu bağlasın”.

Ssahibkarlar qeyd edirlər ki, onlar son görüşdən sonra bir qədər gözləmək qərarına gəliblər. Əgər bu müraciətləri də nəticə verməsə, o zaman qanunun nəzərdə tutduğu üsullarla haqlarını almaq üçün mübarizə aparacaqlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər