İranın vurduğu təyyarəyə görə almanlar pul ödəyəcək?

  • GÜNDƏM
  • 15.01.2020 18:07
  • 19 dəfə oxundu

Yanvarın 8-də İran Hərbi Hava Qüvvələri tərəfindən vurulmuş Ukraynaya məxsus "Boeing" təyyarəsində ölənlərin ailələrinə Almaniya kompensasiya ödəyə bilər. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı Ukraynanın prezidenti Vladimir Zelinski Almaniyanın kansleri Angela Merkeldən xahiş edib.

O telefon danışığı zamanı bildirib ki, Ukrayna vətəndaşları və "Ukrayna Hava Yolları"na kompensasiyanın ödənilməsi prosesində almanlardan dəstək istəyir. Xahiş edib ki, nəzərdə tutulan kompensasiyanı Berlin hökuməti ödəsin. 

Bu əsnada məlum olub ki, İran tərəfi vurduğu təyyarənin "qara qutu"sunu Fransaya göndərib. Dünən isə təyyarədə ölənlərin kimliyini müəyyənləşdirmək üçün nəzərədə tutulan bütün proseslər yekunlaşdırılıb. 


Posts Carousel

Xəbər lenti

Video xəbərlər