İran daha bir ABŞ hərbi bazasını vurdu

  • DÜNYA
  • 12.01.2020 22:49
  • 130 dəfə oxundu

İraqda SEPAH generalı Qasim Süleymaninin ABŞ tərəfindən vurularaq, qətlə yetirilməsindən sonra İranla Vaşinqton arasında gərginlik davam edir. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl ABŞ-ın İraqdakı Ayn əl-Əsəd hərbi bazasına roket zərbələri endirmişdi. Həmin vaxt heç bir amerikalı əskərin yaralanmaması və ölməməsi qeydə alınmışdı. İran tərəfi bəyan edirdi ki, Ssüleymaninin ölümünə qarşılıq olaraq sərt cavablar verəcəklər.  

Qeyd edək ki, bu əsnada ABŞ prezidenti Donald Tramp açıqlama verərək, İrana qarşı hərbi əməliyyatlara başlamayacaqlarını bildiridi. O hətta Tehranı İŞİD-ə qarşı birgə mübarizəyə də çağırdı. Lakin bu açıqlama da münasibətlərin gərginliyini azaltmadı.

İran bu gün daha bir addım atıb. JAMAZ.İNFO xəbər verir ki, Süleymaninin qisasını almaq üçün hərəkətə keçən Tehran hərbçiləri bu gün İraqdakı daha bir ABŞ hərbi bazasını hədəfə alıb. Belə ki, Səlahəddin vilayətində yerləşən Bələd Hərbi Bazasına 8 roket zərbəsi endirilib. Həmin roketlərin “Qrad” qurğularından atıldığı bildirilir.

Rəsmi məlumata görə, hücumda 1 zabit və 3 İraq əsgəri yaralanıb. Belə ki, həmin hərbi hissədə amerikalı əsgərlərlə yanaşı, iraqlı hərbçilər də qulluq edirmişlər.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər