İran daha bir ABŞ bazasını vurdu,ABŞ İSƏ SİLAH DOLU İRAN GƏMİSİNİ SAXLADI

  • DÜNYA
  • 14.02.2020 08:59
  • 67 dəfə oxundu

Yaxın Şərqdə ara yenidən qarışmağa başlayıb. İranın general Süleymaninin qətlindən sonra ABŞ-dan intiqam alacağı bəyanatları səngisə də, əməllərinin dayanmadığı diqqət çəkir. Qısa müddətdən sonra İraqdakı ABŞ hərbi bazalarını hədəfə alan Tehran, buna bir qədər ara verəndən sonra yendən addım atmağa başlayıb.  

JAMAZ.İNFO xəbər verir ki, İrana bağlı hərbi birləşmələr dünən gecə saatlarında İraqın Kərkük şəhərində ABŞ-a məxsus K1 Hərbi Bazasına “Qrad” qurğularından raket zərbələri endiriblər. Bu barədə aşıqlama verən Kərkük Hərbi Əməliyyatlar Komandanlığının rəhbəri, generalı Saad Harbiyə bildirib ki, həmin bazada təkcə amerikalı əsgərlər deyil, həmçinin iraqlı əsgərlər də var. Onun sözlərinə görə, şəhərin qərbində yerləşən baza raket atəşinə tutulub. O deyib ki, gücum zamanı ölüm olmasa da, bazaya maddi ziyan dəyib. General bildirib ki, hərbi bazanın yaxınlığındakə qəbristanlıqdan 10-dan artıq raket atan qurğu tapılıb.

Bbu əsnada, ABŞ-da İranın hərəkətini cavabsız qoymayıb. Belə ki, ABŞ Hərbi Komandanlığı Ümman dənizində İrana aid bir kiçik həcmli gəmini saxlayıb. CENTCOM-dan verilən məlumata görə, “USS Normandy” hərbi gəmisində ABŞ əsgərləri fevralın 9-da əməliyyat keçirərərk, kateri saxlayıblar. Axtarış zamanı katerdən 150 ədəd Rusiya istehsalı olan tank əleyhinə raketlər, 3 ədəd İran istehsalı olan yer-hava tipli raket, xeyli sayda gecə görüntüsü cihazı və xeyli sayda İran istehsalı olan silah və sursat aşkarlanıb.

Məlumatda deyilir ki, ələ keçirilən silahlar noyabrın 25-də Ümman dənizində saxlanılmış gəmidən çıxan silahlarla eyniyyət təşkil edib. “Bu silahların İrandan gəldiyi və Yəməndəki Husilərə çatacağı dəqiqdir”.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər