İqtisadçı Statistika Komitəsini “topa” tutdu

Tanınmış iqtisadçı Rövşən Ağayev Dövlət Statistika Komitəsinin fəaliyyətini tənqid edib. JAMAZ.İNFO xəbər verir ki, iqtisadçı bununla bağlı fikirlərini paylaşıb.  

O deyib ki, vergilər nazirinin çıxışındakı bir fakt son 3-4 gündə xeyli müzakirə yaradıb. Onun sözlərinə görə, burada söhbət vergi orqanlarının pərakəndə ticarət və ictimai iaşədə üzə çıxardığı real dövriyyə ilə rəsmi statistikanın uyğun göstəriciləri arasında 7 dəfə fərqin olması barədə məlum açıqlamadan gedir. “Əgər bu fərq gerçəkdən mövcuddursa, o zaman Statkomun 7-8%-lik "kölgə iqtisadiyyatı" barədə açıqlaması fiaskodu, hökumət bu qurumun işi barədə yaxşı-yaxşı götür-qoy etməlidir.

Daha vacibi, vergi-gömrük sistemində islahatlarda imitasiya yoxdursa, onlardan öncə statistika sistemi kökündən yenilənməlidir”.

Rövşən Ağayev hesab edir ki, güvənilir statistika olmadıqca, iqtisadi sistemdə atılan addımların çoxu bumeranq kimi hökumətin üzərinə qayıdacaq. “Siz üzləşdiyiniz problemin kəskinliyini bilmədən onunla mübarizə apara bilməzsiniz. Həkim xəstəliyin şiddətini və kəskinliyini diaqnozla aşkara çıxarmazsa, onun da müalicəsi fiasko olacaq”.

O maraqlı missal da çəkib: “Bir örnək deyim: ötən il Rusiyada maliyyə naziri və Mərkəzi Bankın rəhbəri statisitka qurumunu tənqid etdi ki, əhalinin real gəlirləri düzgün hesablanmır, şişirtmələr var. Bu il statitika qurumu əhalinin real gəlirlərinin hesablanmasına dair yeni metodologiya tətbiq etdi, tənqidçilərin iradları özünü doğrultdu və yeni göstəriclər ortayı çıxdı.

Tənqidləri topa tutmaq yox, dinləmək vacibdir”.

İqtisadçı-ekspert statistikanın durumunun acınacaqlı olduğunu da misallarla göstərib. “Bir statistika ki, deyə:

1. əhalinin ən zəingin 10% ilə ən yoxsul 10%-nin istehlak elədiyi ətin miqdarı arasında demək olar ki, fərq yoxdu;

2. ən zəngin 10% ilə ən yoxsul 10%-nin gəlirləri arasında ən yaxşı halda 2-3 dəfə fərq var, onun etibarına kim güvənər?

Yeri gəlmişkən, rəqəmlərin keyfiyyəti və etibarı öz yerində, hesabatları belə vaxtında online açıqlamaq istəmirlər.

Avqustda 2017-ci il üzrə açıqlanmalı milli hesablar statistikası hələ də yoxdur - sentyabr bitir amma. Söhbət 2018-ci ilin yox ha, 2017-ci ilin statikasından gedir”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər