İnsanovun partiyasından Natiq Cəfərliyə sərt sözlər:“14 saat dözə bilmədin”

  • SİYASƏT
  • 05.12.2019 14:15
  • 58 dəfə oxundu

Ötən günlərdə Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən “Dəyirmi Masa”dan sonra REAL Partiyasının funksioneri Natiq Cəfərli yenicə Haqq və Ədalət Partiyası yaratmış Əli İnsanovla bağlı bir sıra tənqidi fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, həmin açıqlamasında Əli İnsanovu “köhnənin qalığı”, “dar vizionlu”, “ölkəni geriyə aparan biri” kimi təqdim edən Cəfərli, belə adamlardan ürkdüyünü də gizlətməyib.  

Məsələyə münasibət bildirən HƏP-in Təşkilat Komitəsinin üzvü Yalçın Qəhrəmanoğlu da sərt sözlər işlədib. O deyib ki, Əli İnsanovun rəhbərliyi ilə yaranmaqda olan Haqq və Ədalət Partiyasının müzakirələrə səbəb olacağı məlum idi. “Təbii ki, əks qüvvələr partiyanı yaranmadan beşiyində boğmağa çalışa bilərlər. Lakin nəticəsizdir. Çünki partiya quruculuğu sürətlə gedir, yeni simalar cəlb edilir. Rus atalar sözündə deyildiyi kimi, general olan yerdə, əsgər həmişə tapılacaq. Buna görə, Natiq Cəfərli kimilər özü dediyi kimi, ürkürlər”.

Onun sözlərinə görə, 14 illik həbsxananın sındıra bilmədiyi bir liderlə eyni masada oturmaları onları ürküdür. “Bu Natiq, o, Natiqdir ki, qrant alıb vergisini vermədiyi üçün 14 saat polisdə dayanmağa gücü çatmadı. Bir yol tapıb, ürküb saxlanıldığı yerdən qaçdı. Qrant alıb, vergisini vermədiyi üçün həbs edilib 14 saat polisdə saxlanılıb, sınanın 14 il sınmadan həbsdə durandan ürkməsi normaldı”.

Qəhrəmanoğlu özünün Facebook səhifəsində onu da vurğulayıb ki, ölkənin, dövlətin dizaynını ürkəklər dizayn edə bilməz. “O üzdən Natiq Cəfərliyə tövsiyyə edirik ki, ürkmədiyi yerlərə getsin. Ürkəklik pis şeydi. Xəstəlikdi. Müalicə istəyirsə, Əli müəllim doktordu, ona müraciət etsin”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər