İnsanların ölüm tarixini müəyyən edən kəşf

  • XƏBƏR
  • 22.08.2019 12:53
  • 51 dəfə oxundu

Alimlər 10 il içində insanların ölüb, ölməyəcəyini müəyyənləşdirə bilən qan testi yaradıblar. Araşdırmaçılar bildiriblər ki, təhlillər indiyə qədər 83 faizlik dəqiqliyə malik olub. JAMAZ.İNFO xəbər verir ki, alimlər bu təhlillər sayəsində insanlara daha sağlam yaşamaq üçün yolların göstərilməsinə imkan yaranacağını iddia edirlər.  

Məlumatda deyilir ki, qan təhlili ölüm riskini artıran 14 fərqli bioloji göstərinin ölçür. Bu analizlər immunitet sistemini, şəkərin vəziyyəti, yağ və iltihab kimi bədəndəki narahatlıqları əhatə edir. Alman alimlər artıq bununla bağlı 10 min adamın üzərində sınaq həyata keçiriblər. Və əldə etdikləri nəticə çox yüksəkdir.

Vurğulanır ki, indiyə qədər həyata keçirilən təhlillər sayəsində 5 mindən artıq insanın nə zaman öləcəyi barədə 83 faiz dəqiqliklə proqnoz verilib və düz çıxıb.

Lakin alimlər bu qan analizlərinin təkcə ölümlə əlaqəli olmayacağını, həm də insanlardakı bir çox xəstəliklərin tamamən aradan qaldırılmasına yardım edəcəyinə əmindirlər.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər