İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

  • XƏBƏR
  • 16.09.2019 13:14
  • 26 dəfə oxundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.  

Sentyabrın 16-da Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir. 

İclasa Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov (Baş nazir) və Türkiyə tərəfdən Komissiyanın həmsədri Fuat Oktay (Vitse-prezident) rəhbərlik edirlər. 

Əvvəlcə N.Məmmədov və F.Oktayın təkbətək görüşü olub. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər