İctimai fəal Yeganə Əliyeva qəza keçirdi -YENİLƏNİB

  • GÜNDƏM
  • 14.11.2019 11:20
  • 27 dəfə oxundu

İctimai fəal Yeganə Əliyeva bu gün avtomobil qəzası keçirib. JAMAZ.İNFO xəbər verir ki, səhər saat 8 radələrində “20 Yanvar” metrostansiyası yaxınlığında avtobusun vurduğu ictimai fəal dərhal yaxınlıqdakı Respublika Xəstəxanasına aparılıb.  

Jurnalist Təzəxan Mirələmlinin verdiyi məlumata görə, Yeganə Əliyeva bir qrup cəbhəçi ilə bilikdə AXCP sədrinin köməkçisi Ruslan Əmirlinin qardaşı qızının hüzr məclisində iştirak etmək üçün Masallıya gedirmişlər. Onun sözlərinə görə, bu vaxt avtobus onu vurub. Xəstəxanaya aparılan sözügedən şəxs müayinə olunduqdan sonra, Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına (“Semaşko”) aparılıb. Orada MRT müayinəsindən keçirilib. “Hazırda vəziyyəti normaldır. Palataya yerləşdirilib. Amma hər ehtimala qarşı Komputer Tomoqrafiyası da gərəkdir”.

Təzəxan Mirələmlinin verdiyi son məlumata görə, Yeganə Əliyeva az əvvəl KT-dan da keçib. "Şükür beynə qansızma yoxdur, amma kəllə-beyin travması alıb. Burnu sınıb, nəfəs alması çətinləşib. Səhiyyə sistemimiz isə xarüqələr yaratmaqda davam edir, daha doğrusu öz ənənələrindən geri çəkinmirlər. Pul olmadan bir iynə vurmaq istəmirlər. Qəza törədən sürücü isə imkansız birisidir".

Posts Carousel

Xəbər lenti

Video xəbərlər