İcra nümayəndəsinin oğlu “DOST” maaşı alırmış –FOTO

Bir müddətdir həyata keçirilən “DOST İş Mərkəzləri” layihəsi zaman içində yerli icra başçılarının və ayrı-ayrı məmurların qazanc yeri olaraq özünü göstərməyə başlayıb. Bütün rayonlarda həyata keçirilən prosesin ilk səsi Ucardan gəlsə də, sonradan Xaçmazda daha biabırçı şəkildə özünü büruzə verdi. Belə ki, sabiq icra başçısı Şəmsəddin Xanbabayevin həmin kateqoriyalardan olan işçilərin maaş kartlarını özünə götürdüyü xəbəri yayılmışdı.  

Onu da qeyd edək ki, prezident İlham Əəliyev dünən keçirdiyi müşavirədə də bu məsələyə toxunub. "İşsizliyin qabağını almaq üçün mənim təşəbbüsümlə on minlərlə ödənişli ictimai iş yeri yaradılmalı idi. Ancaq əfsuslar olsun ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır. Amma, eyni zamanda, elə bir mexanizm işlənməlidir ki, bu pozuntulara ümumiyyətlə, imkan olmasın. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verildi ki, onlar bu işin koordinasiyasını öz üzərinə götürsünlər və ödənişli ictimai işlərə götürülən vətəndaşlar məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilsin”.

Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli isə bununla bağlı daha bir məlumat yayıb. JAMAZ.İNFO xəbər verir ki, Həsənli analoji hadisənin Lənkəranda da baş verdiyini bildirir. “Lənkəran sakini HEYDƏRLİ BABƏK XEYBƏR OĞLU rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısındadır. Çünki Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun. O ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçidir”.

Jurnalist onu da vurğulayıb ki, Babək Heydərlinin anası Heydərova Nəzakət Oruc qızı isə Lənkəran İcra Hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər