Hüququ müdafiəçisi Aİ-nin nümayəndələri ilə görüşüb

  • SİYASƏT
  • 18.09.2019 10:21
  • 34 dəfə oxundu

Hüquq müdafiəçisi Oqtay Gülalıyev və bir qrup valideyn düənən Avropa İttifaqının Azərbaycan nümayəndəliyində olublar. JAMAZ.İNFO xəbər verir ki, nümayəndəliyin məsul şəxsləri ilə görüşən sözügedən şəxslər Gəncə hadisələri, "Tərtər işi", Nardaran və Evrovizion məhbusları ilə bağlı müzakirələr aparıblar.  

Görüşlə bağlı açıqlama verən Gülalıyev bildirib ki, ölkədə insan haqlarının durumu, siyasi məhbus problemi, qanunsuz həbslər, işgəncələr, müəmmalı qətllər və s. barədə xarici diplomatları maraqlandıran sualları cavablandırıblar. “Onlara bu yöndə bir çox faktları və sənədləri təqdim etdik. Bizim üçün çox maraqlı və önəmli oldu ki, Avropa İttifaqı ölkəmizdə insan haqları məsələsinə belə həssas yanaşır. Artıq biz fərqindəyik ki, insan haqları məsələsi ölkələrin daxili işindən çıxıb beynəlxalq önəm daşıyır. Qərara aldıq ki, Avropa İttifaqının Azərbaycan nümayəndliyi ilə görüşlərimiz intensiv, əməkdaşlığımız geniş olsun”.

Xatırladaq ki, görüşdə Oqtay Gülalıyevlə yanaşı, "Tərtər işi", “Evrovizion” məhbuslarının valideynləri Nasir Əliyev, Xatun Səlimxanova, jurnalist Arzu Abdulla iştirak ediblər.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər