“Hərəkat” blokunun 8 namizədi qeydiyyata alınıb

  • GÜNDƏM
  • 13.01.2020 18:08
  • 17 dəfə oxundu

"Hərəkat” seçki bloku öz namizədlərinə dəstək olaraq seçici imzalarının toplanması kampaniyasının başa çatdığını elan edib. Blokun 18 namizədindən 17-i imza vərəqələrini təhvil verib. 

Yalnız bir namizəd – NİDA Hərəkatının fəalı, keçmiş “vicdan məhbusu” İlkin Rüstəmzadəyə məhkumluğu səbəbindən imza vərəqələri verilməyib və o, kampaniyada iştirak edə bilməyib.   

Blokun 8 namizədi, o cümlədən Azər Qasımlı, Toğrul Vəliyev, Mehman Hüseynov, Ruslan İzzətli, Səməd Rəhimli, Qurbanəli Yusibov, Baba Məmmədli və Elsever Seyidin namizədliyi qeydiyyata alınıb. Digər 9 namizəd dairə seçki komissiyalarının qərarlarını gözləyir. 

Kampaniya zamanı 73 saylı Lənkəran şəhər seçki dairəsinin namizədi Baba Məmmədliyə və onun könüllülərinə seçki prosesindən kənarlaşdırmaq məqəsdilə təzyiq göstərilib. 

10 saylı Binəqədi üçüncü seçki dairəsində namizəd Rabiyə Məmmədovanın səlahiyyətli nümayəndə təyin etmək hüququ məhdudlaşdırılıb. 

* “Hərəkat” bloku 2019-cu il dekabrın 25-də bir qrup ictimai- siyasi fəal, jurnalist, vəkil tərəfindən yaradılıb. Qrup hüquqi dövlət, vətəndaşların hüquq və azadlıqlarının təminatı, müstəqil ədalət mühakiməsinin yaradılması uğrunda çıxış edir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər