“Həkimlər Oqtayın Bakıya aparılmasını mümkün saymırlar”

  • GÜNDƏM
  • 08.12.2019 13:45
  • 30 dəfə oxundu

“Oqtayın səhhətində hər hansı yenilik yoxdur, koma vəziyyəti hələ ki, davam edir”. Bunu İstanbulda “Amerika Xəstəxanası”nda müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. 

Onun sözlərinə görə, artıq 2-3 gündür ki, O.Gülalıyevə antibiotiklərin vurulması da dayandırılıb: “Antibiotiklər ağ ciyərində və qanda infeksiya aşkar edilməsinə qarşı olaraq vurulurdu. Amma son günlərdə qaraciyərində yaranan problemlə bağlı antibiotiklərin vurulması dayandırıldı”. 

F.Gülalıyeva deyir ki, dekabrın 6-da həkimlər O. Gülalıyevin baş nahiyəsini MRT etmək istəyiblər, amma hazırkı vəziyyəti buna imkan verməyib. 

F.Gülalıyeva deyib ki, dekabrın 9-da “Amerika Xəstənası”nda O.Gülalıyevin müalicə müddəti başa çatacaq: “Amerika Xəstəxanası”nda Oqtayın müalicə olunması ilə bağlı müddət dekabrın 9-da başa çatır. Bunu Heydər Əliyev Fondunun Türkiyədəki təmsilçisinə də çatdırdım. Mənə dedilər ki, dekabrın 9-da həkimlərlə danışıb qərar qəbul edəcəklər. Amma Oqtayı müalicə edən həkimlər onun ağ ciyərində və qanında infeksiyanın olmasını əsas gətirərək Bakıya aparılmasını mümkün saymırlar. Hələlik vəziyyət belədir”, - F.Gülalıyeva bildirib.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər