Gözlərini itirmiş Qarabağ qazisi Birinci Vitse-Prezidentdən kömək istədi

  • GÜNDƏM
  • 18.09.2019 10:33
  • 63 dəfə oxundu

Qarabağ əlili İlqar Rəfiyevin həyat yoldaşı Dinar Rəfiyeva Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. JAMAZ.İNFO xəbər verir ki, əslən Şəkidən olan, hal hazırda Xırdalan şəhərində kirayə yaşayan Rəfiyevlərin problemi mənzillə bağlıdır.  

Dinar xanım yazır ki, həyat yoldaşı İlqar Rəfiyev 1993-cü ildə Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Bir neçə dəfə yaralansa da, müalicə alaraq yenidən döyüşlərə qatılıb. 1995-1999-cu illərdə Ali Hərbi Məktəbi oxuyub. 2011-ci ilə kimi Xüsusi Təyinatlı Hərbi Hissədə müxtəlif vəzifələri icra edib. Üstəlik, çoxlu sayda orden və medallarla təltif edilib.

Qarabağ qazisinin həyat yoldaşı qeyd edir ki, 2011-ci ildə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmalardan dolayı ordudan təxsis olunub. “İlqar Rəfiyev Müdafiə Nazirliyinin qərarı ilə ordu sıralarına tam yararsız olduğu üçün mayor rütbəsində təxsis olunub. Hal hazırda I qrup gözdən əlildir”.

O vurğulayır ki, ailələri 15.03.2013-cü ildən etibarən, Şəki rayon İcra Hakimiyyətinin 1/122 saylı sərəncamına əsasən mənzil növbəsinə qeydiyyata alınıblar. “Dəfələrlə Şəki İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişik. Hər dəfə bildirilir ki, növbəli şəkildə mənzillə təmin olunacaqsınız”.

Dinarə xanım kirayədə qaldıqlarını, həyat yoldaşının gözdən əlil olmasını, habelə himayələrində iki azyaşlı uşağın varlığını nəzərə alaraq müvafiq qurumların onları tez zamanda mənzillə təmin etmələrini xahiş edir. “Hörmətli Mehriban Xanım! Sizdən xahiş edirəm ki, bizim vəziyyətimizi nəzərə alıb, mənzillə təmin olunmağımıza köməklik göstərəsiniz”. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər