"Gömrük işçiləri səlahiyyətlərini aşırlar"

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Şıxlı” dövlət sərhədindən bura­xılış məntəqəsində olublar. “Yeni Sabah” xəbər verir ki, tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz generalların bu səfərini belə şərh edib: “Bu gün Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin generalları yenidən "Qırmızı Körpü"də görüşüblər. Elə bildim 2 Pəncərə ləğv edilib və sənədləşmədə DGK /DSX paralelçiliyi aradan qaldırılıb. 

Məlum olduğu kimi DGK-da aparılan islahatlar xeyli müddətdir ki, bu problem ucbatından dalana dirənib. Postdakı DGK zabitləri də bu problemin həlli üçün təşəbbüs göstərmək əvəzinə öz səlahiyyət hədlərini aşır, Prezidentin də qeyd etdiyi kimi vətəndaşlara qarşı kobudluğa yol verirlər. 

Baxıram ki, yenə həmin kordinat, həmin dalğadır. Yenə də maşınların “tex pasport”unu və vətəndaşın pasportunu hər iki pəncərədə, həm DGK və həm də DSX əməkdaşları təkrarən sistemə daxil edəcəklər. Sistemləri də inteqrasiya olunmayıb. 

Məəttəl qalıram ki, onlar, həmçinin də VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi bu paralelçiliyə uzun müddətdir ki, necə göz yuma bilirlər?”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər