Fikrət Fəraməzoğlu Prokurorluğa çağırıldı -NƏRMİN OLAYI İLƏ BAĞLI

  • GÜNDƏM
  • 21.01.2020 16:47
  • 302 dəfə oxundu

"Bu gün saat 15:00-da Baş Prokurorluğa dəvət edilmişdim. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun dəvəti əsasında rəhbəri olduğum saytda dərc olunmuş Nərmin olayı ilə bağlı söhbətimiz oldu". Bunu JAMAZ.İNFO-ya saytın baş redaktoru Fikrət Fəraməzoğlu bildirib. 

O deyib ki, Eldar Sultanov 10 yaşlı Nərminin qətli ilə bağlı yazılan yazılarda həqiqət olmadığını, belə məlumatların ictimayətin diqqətini yayındırdığını, hətta ajiotaj yaratdığını söyləyib. "Mətbuat Xidmətinin rəhbəri bildiridi ki, Nərmin olayı kifayət qədər həssas bir məsələdir. Bu zaman yazılar yazarkən diqqətli olmaq lazımdır ki, ictimaiyyət çaşdırılmasın. Birmənalı olaraq Baş Prokurorluq və DİN-in yaydığı rəsmi məlumatlara istinad etməyin vacib olduğunu söylədi. Eyni zamanda qeyd etdi ki, yazıda vurğulanmış fikirləri istintaqın gedişatına zərər gətirir və qanunla da bu qadağan edilir". 

Fəraməzoğlu daha sonra bildirib ki, o da qarşı tərəfə çatdırıb ki, qanunun tələblərini pozmadığInı vurğulayıb. "Bildirdim ki, Nərmin olayı həqiqətən həssas bir məsələdir. Lakin bu hadisə ilə bağlı kifayət qədər ictimaiyyətə məlumat verilmir. Həmçinin bu hadisə hamının diqqət mərkəzində olduğundan mütəmadi olaraq mövzuya müraciət edirlər. Onlara qanunu pozmadığımı, istintaqın gedişatına mane olmadığımı da çatdırdım. Təbii ki, hər ikimiz öz fikrində qaldı. Daha sonra isə xəbərdarlıq edildi".

Bununla bağlı şikayət edib- etməyəcəyinə gəldikdə isə baş redaktor bildirib ki, məsələ ilə bağlı vəkilləri ilə müzakirə aparacaq və zəruri olan addımlar atacaq. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər