Fevralın 3-də Polad Aslanovun məhkəməsi başlayır

  • GÜNDƏM
  • 24.01.2020 10:53
  • 67 dəfə oxundu

P.Aslanov fevralın 3-də hakim qarşısına çıxarılacaq. Məhkəmənin ilkin hazırlıq iclası həmin günə təyin edilib. 

P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova mediaya açıqlamasında bildirmişdi ki, bu cinayət işində bir neçə media nümayəndəsi, ictimai-fəalın da adı keçir. G.Aslanovanın sözlərinə görə, həmin şəxslər P.Aslanovun əleyhinə ifadə veriblər. 

Meydan TV-nin əldə etdiyi məlumata görə, ictimai fəal Dəyanət Babayev bu işdə zərərçəkmiş qismində tanınıb. D.Babayev istintaqa ifadəsində P.Aslanovun onu hədələdiyini iddia edib. 

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsilə ittiham irəli sürülüb. P.Aslanov İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur.  

İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, P.Aslanov saytlardan birinin əməkdaşını ölümlə hədələyib.

Həyat yoldaşının dediyinə görə, P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər