Ermənistanın daxili işlər naziri də istefa verdi

  • DÜNYA
  • 18.09.2019 11:46
  • 51 dəfə oxundu

Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Valeri Osipyan istefa verib. 

"Report” bildirir ki, onun işdən çıxdığının bu gün rəsmi şəkildə elan olunacağı gözlənilir.

V.Osipyan istefa ərizəsini Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb.

Yerli KİV-in məlumatına əsasən, güc strukturlarının bütün rəhbərləri istefa verəcək.

Sentyabrın 16-da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan istefa verib. Elə həmin gün onun ərizəsi baş nazir və prezident tərəfindən təsdiqlənib.

V.Osipyan 1970-ci il aprelin 17-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. 1991-ci ildən Daxili İşlər Nazirliyində işləyir. O, 2012-2018-ci illərdə Yerevan Polis İdarəsi rəisinin müavini olub. 2018-ci il mayın 10-da Ermənistanın Polis rəisi vəzifəsinə təyin edilib.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər