Ərəb şahzadəsi Kardaşyanın rəfiqəsinə futbol klubu alır

  • DÜNYA
  • 14.02.2020 09:37
  • 21 dəfə oxundu

Səudiyyə Ərəbistanı şahzadəsi, Kaşıkçı cinayətində əsas sifarişçi kimi göstərilən Muhammed bin Salman İngiltərənin “Nyukasl” klubunu almaq üçün hərəkətə keçib. Bu isə ABŞ-dan olan “investisiya mütəxəssisi” Karla DiBellonun vasitəçiliyi ilə həyata keçirir. Daha doğrusu, DiBello şahzadəni məcbur edib ki, həmin klubu alsın.  

JAMAZ.İNFO xəbər verir ki, bin Salman klub üçün 343 milyon funt-sterlinq pul təklif edir. “Nyukasl” rəhbərliyi ilə danışıqları 35 yaşlı DiBello özü aparır. Bu əsnada qeyd edək ki, DiBello məşhur erməni pornoulduz Kim Kardaşyanın ən yaxın rəfiqəsi olmaqla yanaşı, həm də onun layihələrinin rəhbəridir.

Məlumatlarda qeyd edilir ki, DiBello Səudiyyə Maliyyə Fondunun rəhbəri Yyasir əl Rumayyanla çox yaxındır. Onların arasında münasibətlərin təkcə iş deyil, həm də sevgi ilə əhatələndiyi vurğulanır. Danışıqlara onun cəlb edilməsi də məhz Rumayyanın təşəbbüsü ilə mümkün olub.

Məlumatlara görə, Mühammed bin Salmanın əsas hədəfi haqqında yaranmış mənfi rəyi idman vasitəsi ilə dağıtmaqdır. Xarici medianın yazdığına görə, Camal Kaşıkçı cinayəti, həmçinin Səudiyyə Ərəbistanının adının daha çox insan haqlarının pozulması məsələsində hallanması Ər-Riyadı belə bir addım atmağa məcbur edib. “Sportswashing”, yəni “idmanla beyin yuma” adlanan proqramın icrasının Kardaşyanın rəfiqəsinə həvalə olunması isə çoxlarında təəccüb doğurub. Çünki DiBello bu cür böyük danışıqları aparmaq üçün həm təcrübəli deyil, həm də o qədər bacarıqlı hesab olunmur.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər