Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

  • DÜNYA
  • 21.10.2019 14:32
  • 16 dəfə oxundu

"Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur. 

“Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?”, - deyə Türkiyə Prezidenti vurğulayıb. 

Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər. 

Posts Carousel

Xəbər lenti

Video xəbərlər