Ərdoğan ABŞ-da planını açıqladı:“Suriyalı qaçqınları geri göndəririk”

  • DÜNYA
  • 14.11.2019 00:40
  • 26 dəfə oxundu

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri başa çatıb. JAMAZ.İNFO xəbər verir ki, bir sıra rəsmilərlə, xüsusən də həmkarı Donald Trampla görüşən Türkiyənin dövlət başçısı bir sıra mətləblərlə bağlı açıqlamalar verib.  

O ilk olaraq Trampın “kürd dəstələr” deyə ifadə etdiyi fikrinə münasibət bildirib. “Sizin “kürd” dediyiniz PYD/YPG-dir. Bunlar terror təşkilatlarıdır. Bunlar PKK-nın köməkçi təşkilatlarıdır”.

Ərdoğan daha sonra “Mazlum Kobani” adıyla tanınan Fərhat Abdi Şahinlə də bağlı fikrini bölüşüb. “Fərhad Abdi Şahin Apo deyilən terror təşkilatın başçısının əslində, mənəvi övladıdır”.

Suriyada son dönəmlər möhkəmləndiklərini və artıq orada təhlükəsiz bölgə yaratdıqlarını qeyd edən Türkiyənin dövlət başçısı bildirib ki, 6 ayla 2 il arasında bu ərazilərə 1 milyon qaçqın yerləşdirə bilərik. Əlavə olaraq 1 milyon qaçqını da Rakka və Deyr-əz-Zor məntəqəsinə yerləşdirmək imkanımız var. İndiyə qədər Suriyalı qaçqınlara 40 milyard dollar pul xərcləmişik. Lakin Avropadan bizə gələn sadəcə, 3 milyard avro olub”.

Posts Carousel

Xəbər lenti

Video xəbərlər