Əlizamin Salayevi DİN-in Hospitalında müayinə etdilər –ƏMƏLİYYAT OLUNMALIDIR

  • GÜNDƏM
  • 24.01.2020 16:35
  • 105 dəfə oxundu

Bu gün AXCP üzvü, hal hazırda polisə müqavimət adı ilə 30 sutka həbs cəzası almış Əlizamin Salayev oğlu ilə görüşüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə partiya rəsmiləri məlumat yayıblar.  

Onların bildirdiyinə görə, Əlizamin Salayev oğlu Oqtay Salayev vasitəsi ilə hamıya salam göndərib, onu müdafiə edən şəxslərə təşəkkür edib.

Məlumatda deyilir ki, AXCP fəalı bu gün DİN-in Qospitalına aparılıb. Orada əməliyyat edilməsi məsləhət bilinib. Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları da ona baş çəkiblər.

Bu əsnada, bir qrup qadın fəal şəhərin mərkəzində “Əlizamin Salayevə Azadlıq!” şüarı ilə etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Aksiyaçılar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər