“Dünyanın damı”nda yaşayan 12 min nəfərlik xalq –FOTOLAR

  • XƏBƏR
  • 05.12.2019 11:41
  • 30 dəfə oxundu

Müasir texnologiyalar, kosmik gəmilər, çoğrafi kəşflər və sair və ilaxır. Lakin bütün bunlar belə insanların yayıldığı əraziləri tam kəşf etməyə imkan vermir. Bunun üçün insan övladının yerin hər qarışını gəzməsi lazımdır.  

JAMAZ.İNFO xəbər verir ki, “dünyanın damı” adlanan Hindquş dağları hələ də alim və araşdırmaçıların diqqət mərkəzindədir. Çünki bu ərazilərdə yaşayan xalqlar var və onların mədəniyyətləri öyrənilməyib. Belə ərazilərdən biri də Hindquş dağlarının ən ucqar nöqtəsi sayılan Vahan dərəsidir. Burada yaşayan iki xalq var. Əfqanıstan, Tacikistan, Çin və Pakistanla sərhəddə yerləşən Vahan dərəsinə indiyə qədər müharibə gəlib çatmayıb. Burada yaşayan insanlar nə müasir texnologiyalardan xəbərdardırlar, nə də elektrikin olduğunu bilirlər. Üstəlik, onlar tamamilə təcrid olunmuş bir həyat sürürlər. Hətta yaşlarını belə bilmirlər.

Ərazidə iki xalq yaşayır. Toplam 12 min nəfərlik bir cəmiyyətə malikdirlər. Vahilər və qırğızlardan ibarət olan 12 min nəfərlik cəmiyyət dünyadan tamamilə təcrid olublar.

Əsas dolanışıqları heyvandarlıq və əkinçilikdir. Bir qismi elat həyat tərzi yaşayır. Dərənin uzunluğu 240 km-dir ki, burada yaşayan xalqlar dünyada nə baş verdiyini belə bilmirlər. Qışda hava o qədər soyuq olur ki, heyvanlar belə həyatda qalmaq üçün çox hərəkət etmirlər. İşin ən qəribə tərəfi odur ki, burada yaşayan insanlar ərazini “otaq” adladırır, orada nə məktəb var, nə də həkim.

Bölgəyə gəlmiş fotoqraf və jurnalistlərlə danışan vahanlar və qırğızlar sərt iqlimdə yaşamaqdan bezdiklərini, bu əraziləri tərk etmək istədiklərini desələr də, gedəcək yerləri olmadığından çarəsiz qalıblar. Amma özləri də deyirlər ki, nə qədər getmək istəsələr də, Vahan dərəsi onlar üçün gözəl bir həbsxanadır. Və buranı özlərinin vətəni hesab edirlər.


Posts Carousel

Xəbər lenti

Video xəbərlər